"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı
Misli Premyer Liqasında 3-tur davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Qərb derbisi saat 18:00-da başlayacaq. Bununla da "Kəpəz" uzun fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxacaq.
Günün son oyununda isə "Neftçi" "Zirə"nin qonağı olacaq. Hazırda 6 xalla turnir cədvəlinin 1-ci və 2-ci pilləsində qərarlaşan komandaların görüşü saat 20:15-də start götürəcək.
30 avqust
Misli Premyer Liqası, 3-cü tur
18:00.“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
20:15.“Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Zirə İK stadionu