Sportliqa.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. "Kəpəz" uzun fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxıb və görüşdən 1:0 hesablı qələbə ilə üstün ayrılıb.
Günün son oyununda isə "Zirə" "Neftçi"ni qəbul edib. Görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra "Zirə" 9 xalla liderliyə yüksəlib.