"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb.
Sportliqa.az xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında qələbəni belə şərh edib:
“Olduqca maraqlı oyun oldu. İlk dəqiqələrdən meydanda aqressiv və taktiki mübarizə gedirdi. Birinci hissə bərabər səviyyədə keçdi. İkinci hissədə daha sürətli oynamağa çalışdıq və müdafiəyə çəkilmək istəmirdik. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yerinə yetirdilər, əzmkar mübarizə apardılar. Qarşımızda çox güclü rəqib var idi. Vacib 3 xal qazandıq. Futbolçularımı və rəhbərliyi təbrik edirəm. Bu gün futbolçularımın əzmkarlığı ilə fəxr etdim”.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az