Sportliqa.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək.
Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda Rəşad Sadıqovun komandası 9 xalla birinci, “Sabah” isə 6 xalla dördüncü yerdədir. Lakin Valdas Dambrauskasın komandası rəqibi ilə müqayisədə bir oyun az keçirib.
Digər matçda isə “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkəcək. 3 turdan sonra “ağ-qaralar” 6 xalla ikinci, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
Misli Premyer Liqası
IV tur
5 sentyabr (şənbə)
18:30. “Sabah” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”