Ekvador millisinin yeni baş məşqçisi müəyyənləşdi
Argentina mütəxəssis Marselo Qalyardo Ekvador millisinin yeni baş məşqçisi olacaq.
Sportliqa.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar. Sözləşmə 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulub.
Qalyardo bu vəzifədə Sebastyan Bekkaçeseni əvəzləyəcək. Sonuncu Ekvador millisinin 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya 0:2 hesabı ilə uduzmasından sonra komandadan ayrılıb.