“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyə çempionatının 4-cü turunda “Başakşəhər”lə matçı (3:2) başa vura bilməyib.
Sportliqa.az xəbər verir ki, nigeriyalı forvard qarşılaşmanın 16-cı dəqiqəsində komandasının qollarından birinə imza atıb. Ancaq 33-cü dəqiqədə zədə səbəbindən meydanı tərk etməli olub. Fasilədə “Qalatasaray” Mario Leminanı da əvəzləyib.
Osimhen və Leminanın sağ budunun əzələ qrupunda (qasıq nahiyəsində) dartılma və ağrı aşkarlanıb. Futbolçuların müalicəsinə başlanılıb və sabah əlavə müayinədən keçəcəklər.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az