İngiltərə klubundan qərar
“Hall Siti” klubu baş məşqçisi Sergey Yakiroviçlə yeni müqavilə imzalayıb.
Sportliqa.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, 49 yaşlı bosniyalı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin iyununun sonuna qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzadılma bəndi də yer alıb.
Yakiroviç 2025/26 mövsümünün əvvəlində “Hall Siti”nin baş məşqçisi təyin olunub.