Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib.
Sportliqa.az PFL-in saytına istinadla xəbər verir ki, “Zirə”nin kapitanının yubileyi Misli Premyer Liqasının 4-cü turuna təsadüf edib. “Sabah”la görüşdə (0:5) 250-ci matçına çıxan futbolçu 15 qola imza atıb.
Debütü 2014/15 mövsümünə təsadüf edən futbolçu 2 klubda forma geyinib. O, “Qəbələ”də 70 oyunda 1, “Zirə”də 180 matçda 14 dəfə fərqlənib.
Qeyd edək ki, Qismət turnirin tarixinə 250 və ya daha çox oyun keçirən 78-ci futbolçu kimi düşüb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az