Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı futbolçu Toral Bayramovun komandası “Bursaspor” bu turda “Manisa” ilə qarşılaşıb.
Bursa təmsilçisi səfər oyunundan 2:1 hesablı qələbə ilə ayrılıb. Toral bu görüşün 46-cı dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb. O, 58-ci dəqiqədə sarı vərəqə də alıb.
“Bursaspor” hazırda 15 xalla 2-ci pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az