Azərbaycanda "Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"da oynamış Hamidu Keytanın yeni klubu bəlli oliub.
Sportliqa.az xəbər verir ki, 31 yaşlı hücumçu İsraildə oynayacaq.
O, yüksək liqa təmsilçisi Petah Tikva “Hapoel"i ilə anlaşıb. Klubun mətbuat xidməti fransalı futbolçu ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, “Sent-Etyen”, “Botoşani”, “Vitorul”, “Santa Klara”, “Konyaspor” klublarında da çıxış etmiş Keyta son olaraq "Araz-Naxçıvan"da oynayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az