Türkiyə Super Liqasında beşinci tura start verilib.
Sportliqa.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin də formasını geydiyi “Ərzurumspor” səfərdə “Beşiktaş”ın qonağı olub. Matç İstanbul klubunun qələbəsi ilə başa çatıb.
N.Axundzadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran “Beşiktaş” turnir cədvəlində liderliyə yüksəlib. “Ərzurumspor” isə 4 xalla 15-ci pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az