"Sabah"ın rəqibi onu icarəyə verdi
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Vikinq”futbolçusu Ola Vistedi icarəyə verib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi karyerasını KFUM-da davam etdirəcək. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, “Vikinq” - “Sabah” oyunu noyabrın 4-də keçiriləcək.