Polşa çempionatında 3-cü turun təxirə salınmış oyunu keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Zaqlebye” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oyuna start heyətində başlayan Mahir Emreli sona qədər meydanda olub.
Qeyd edək ki, 8 oyundan 3 xalı olan “Rakov” hazırda 18 komanda arasında sonuncu yeri tutur.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az