
Azərbaycan boks millisi Serbiyanın Çaçak şəhərində keçiriləcək “Qızıl əlcək” beynəlxalq turnirinə yollanıb.
Sportliqa.az xəbər verir ki, oktyabrın 18-də başlayacaq yarış dörd gün davam edəcək.
Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək” turnirində Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Domingesə (86 kq) şans verəcəklər. Bu gün yarışın püşkü atılacaq.
Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Bu gün səfərə yollanan komanda oktyabrın 22-də Bakıya qayıdacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması