
Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü turun matçına çıxacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu "Bayer"i qəbul edəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Leverkuzen klubuna qarşı keçirəcəyi görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və görüşə 21:45-də start veriləcək.
Almaniyada keçirilmiş matçda "Bayer" 5:1 qalib gəlmişdi.
Avropa Liqası, qrup mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya)
Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks
Tofiq Bəhramov adına Respublika Stadionu
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması