"Qarabağ"ın sabiq futbolçusu, hazırda Rusiyanın "Krasnodar" klubunda çıxış edən Kadi Borges "atlılar"ın heyətində avrokuboklardakı vaxtlarını xatırlayıb.
Sportliqa.az xəbər verir ki, "РИА Новости"yə danışan braziliyalı Rusiya Premyer Liqası ilə Azərbaycan çempionatını müqayisə edib:
"Rusiyaya köçməmişdən əvvəl bu cür uzun uçuşlarımız yox idi. Heç "Qarabağ"da avrokuboklarda 10-12 saat davam edən uçuşlarımız olmurdu. Bununla ilk dəfə Rusiyada qarşılaşdım. Uyğunlaşmaq çətin idi. Amma istər-istəməz öyrəşirsən.
Rusiya çempionatında daha çox mübarizə və sərtlik var. Azərbaycanda futbol daha texnikalıdır, burada daha çox aqressivlik və sərtlik var. “Qarabağ”dan gələndə Rusiya çempionatı haqda nəsə bilirdim? Əvvəlki klubda mənə RPL-in fiziki aspektindən danışan bir neçə rusiyalı oyunçu var idi".