"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 4-cü turunun "Bayer"lə matçında (0:1) ciddi itki ilə üzləşib.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Julio Romao cəzalı duruma düşüb. 25 yaşlı futbolçu qrup mərhələsində 3-cü dəfə sarı vərəqə görüb. Braziliyalı oyunçuu 5-ci turun "Molde" ilə səfər matçında meydana çıxmayacaq.
Qeyd edək ki, "Molde" - "Qarabağ" qarşılaşması noyabrın 30-u Bakı vaxtı ilə 00:00-da baş tutacaq.