Noyabrın 19-da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, “ASCO” Arenada əvvəlcə “Neftçi” və “Turan-Tovuz” komandaları arasında üçüncü yer uğrunda görüş keçirilib.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 0:0. Penaltilər seriyasında daha dəqiq olan “Neftçi” komandası 7:6 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib olub.
Final oyununda “U-15 Akademiya” (Belarus) “Zirə” komandasına 5:1 hesabı ilə qalib gəlib. Beləliklə, yarışın qalibi “U-15 Akademiya” (Belarus) komandası olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq, “Zirə” və “Neftçi” komandaları layiq görülüblər. “Turan-Tovuz” komandası isə yarışı dördüncü pillədə başa vurub.
Turnirin ən məhsuldar oyunçusu Fateh Əsgərzadə (“Neftçi”) olub. Ən yaxşı oyunçu Xəqan Şükürov (“Zirə”), ən yaxşı qapıçı isə Safi Rüstəm (“U-15 Akademiya”) (Belarus) seçiliblər.
Turnirin sonunda qaliblərin mükafatlandırma mərasimi olub. Qaliblərə mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva, eləcə də nazirliyin və AFFA-nın məsul şəxsləri, tanınmış futbolçular təqdim ediblər.