
Sabah AFFA İcraiyyə Komitəsi millimizin AÇ-2024-ün seçmə mərhələsindəki çıxışı ilə bağlı iclas keçirəcək.
Sportliqa.az xəbər verir ki, iclasda yığmanın baş məşqçisi Canni De Byazinin müqaviləsinin uzadılmaması ilə bağlı qərar veriləcəyi gözlənilir.
Son məlumata görə, milli komandanın sükanı yerli mütəxəssisə həvalə ediləcək. AFFA İK yerli namizədlərə baxacaq və dekabrda planlaşdırılan iclasda həmin şəxsin adı açıqlanacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması