
"Qarabağ”ın oyunu azad olunan Laçın şəhərində kinoteatrda yayımlanacaq.
Sportliqa.az xəbər verir ki, bu haqda şəhərdə yerləşdirilən elanlarda bildirilib. Noyabrın 30-da Avropa Liqasının “Molde” (Norveç) - “Qarabağ” (Azərbaycan) matçı “Laçıncinema” kinoteatrında nümayiş etdiriləcək.
Girişin pulsuz olacağı da bildirilib.
Qeyd edək ki, “Qarabağ”ın oyunu ilk dəfədir Laçında kinoteatrda nümayiş etdiriləcək.
Xatırladaq ki, “Mölde” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması