Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Molde” ciddi itki ilə üzləşib.
Sportliqa.az xəbər verir ki, komandanın Norveç çempionatının XXIX turunda “Sarpsborq”a səfərdə qalib gəldiyi matçda (3:1) müdafiəçi Matias Lovik sıradan çıxıb.
20 yaşlı sol cinah müdafiəçisi qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açsa da, 38-ci dəqiqədə zədələnərək əvəzlənib. Onun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi həkim müayinəsindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.