
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, turnirdə 1/8 finala yüksələn komandalarla yanaşı, mübarizəni Avropa Liqasında davam etdirənlər də məlum olub.
Avroliqaya yollanan 8 kollektiv bu turnirdə qrup ikincisi olan komandalarla qarşılaşacaq. Azərbaycan çempionu "Qarabağ" da ikinci olmaq şansına sahibdir. Təmsilçimiz qrupdan çıxsa, bu rəqiblərdən biri ilə qarşılaşacaq:
“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord" (Niderland)
“Yanq Boyz" (İsveçrə)
"Milan" (İtaliya)
"Şaxtyor" (Ukrayna).
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.