LKS-nin (Polşa) baş məşqçisi Pyotr Stokovets komandasında çıxış edən Azərbaycan millisinin üzvü Rahil Məmmədov haqqında danışıb.
Sportliqa.az xəbər verir ki, mütəxəssis Ekstraklasanın 20-ci turunda “Korona”ya 1:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra bunları deyib:
“Rahil Məmmədov və Hüseyn Baliçin oyunundan razı qaldım. Onlar öz səviyyələrini ortaya qoydular. Ancaq nəticə məni məyus etdi. Komanda meydana qələbə əzmi ilə çıxmışdı. Bu, ağır məğlubiyyətdir. Bundan nəticə çıxarmağa çalışacağıq və mübarizəni davam etdirəcəyik”.
Qeyd edək ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncudür. Komanda 15-ci yerdəki “Korona”dan 11 xal geri qalır.