
"Braqa"nın UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Qarabağ"a uduzması (2:4) Portuqaliya klubunun prezidenti Antonio Salvadorun qəzəbinə səbəb olub.
Sportliqa.az xəbər verir ki, həmin görüşdən sonra A.Salvador paltardəyişmə otağına gedib. O, komandanı tənqid edib və futbolçularla sərt şəkildə danışıb. A.Salvador narazılığını bildirib və onların "Braqa"nın prinsiplərinə dəyər verməli olduqlarını söyləyib. Həmçinin klub prezidenti komandadan Portuqaliya çempionatının 22-ci turunda "Farense"yə qalib gəlməyi və pley-offun cavab görüşündə "Qarabağ"ı üstələməyi tələb edib.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması