Azərbaycan Premyer Liqasının 26-cı turunda "Kəpəz"lə matçdan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.
Sportliqa.az xəbər verir ki, fərdi hazırlıq keçən yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır.
Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.
Qeyd edək ki, martın 9-da keçiriləcək "Kəpəz" - "Neftçi" görüşü saat 15:00-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.