"Bayer" Avropa Liqası 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində sabah öz meydanında "Qarabağ"ı qəbul edəcək.
Sportliqa.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:
"Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərməyə çalışacağıq. Sabah yüksək performans göstərmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, qalib gələcəyik. Hər oyuna diqqət etməliyik.
Sabah "Volfsburq"la matçda olduğu kimi oynamayacağıq. Bizim üçün intensiz mərhələ başlayır. Üç turnirdə mübarizə aparırıq. Heyətimiz yaxşıdır, oyunçular sabahkı matç üçün hazırdır".
Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.