“İclasda əsasən Premyer Liqadakı legioner limiti və komandaların sayı ilə bağlı danışdıq. Eləcə də büdcə barədə müəyyən müzakirələr aparıldı”.
Sportliqa.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov deyib.
O, Azərbaycan Premyer Liqasında legioner limitinin artırılmadığını bildirib: “Legioner limiti olduğu kimi saxlanıldı - 7+4. Lakin sonrakı, 2025/26 mövsümündən etibarən limitin 8+3 olması barədə qərar qəbul edildi”.
Millinin baş məşqçi məsələsinin AFFA İcraiyyə Komitəsinin bugünkü iclasının gündəliyində olmadığını söyləyən M.Adıgözəlov “Qəbələ”nin Premyer Liqa ilə vidalaşdığını qeyd edib: “Bəli, idman prinsiplərinə əsasən belədir”.
“Toplantının 4 saatdan artıq davam etməsi müzakirələrin gərgin olmasından xəbər verirmi?” sualını Maqsud Adıgözəlov belə cavablandırıb: “Xeyr, gərgin olmayıb. İclas iş prosesinə uyğun olaraq çox çəkdi”.