Azərbaycan Premyer Liqasında ötən mövsümü 4-cü pillədə başa vuraraq ölkəmizi UEFA Konfrans Liqasında təmsil etmək hüququna yiyələnən "Sumqayıt"da işlər rəvan getmir.
Pressing.az-a daxil olan informasiyaya görə, "kimyaçılar"ın məşqçi heyəti, futbolçular və texniki personal 2 aydır ki, maaş ala bilmir. Bununla yanaşı, Konfrans Liqasına qazanılan vəsiqəyə görə vəd olunan mükafat da səbəbkarların əlinə çatmayıb.
Bu da futbolçular arasında narazılığıa səbəb olub. Avrokubok macərasının başlamağına az müddət qalsa da, onlar 2 aydır nə maaş, nə də "premiya" üzü görüblər.
Qeyd edək ki, "Sumqayıt" KL-in ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq. Cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq. Cavab qarşılaşması isə iyulun 31-də səfərdə keçiriləcək.