Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirir.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20:00-da start veriləcək.
"Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.