
“Çətin oyun oldu. Qələbə üçün çox güc sərf etdik. Penaltilər lotoreyadır. Bu qələbəyə görə futbolçularıma təşəkkürümü bildirirəm”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Şerif” klubunun baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” ilə cavab matçından sonra mətbuat konfransında deyib.
O, “Zirə”nin birinci hissədə azlıqda qalmasının oyuna təsir etdiyini bildirib: “Amma bir neçə epizodumuz var idi ki, onları dəyərləndirə bilmədik. Təəssüf ki, yenə də standart vəziyyətdən qapımızda qol gördük. İstənilən halda önəmli olan odur ki, Bakıdan qələbə ilə qayıdırıq”.
Ukraynalı mütəxəssis sabiq “Qəbələ”li Əyyub Allaşın ilk oyundan fərqli olaraq bu dəfə start heyətində yer almamasının səbəbini belə izah edib: “O, bizim bugünkü "coker"imiz idi. Allaş hələlik tam hazır deyil. Buna baxmayaraq, ikinci hissədə ona şans verdik”.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması