UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gecə Xorvatiyada "Dinamo"nun qonağı olacaq "Qarabağ" meydanda dəstəksiz qalmayacaq.
Sportliqa.az xəbər verir ki, ağdamlıları vacib qarşılaşmada 100-ə yaxın azarkeş qələbəyə səsləyəcək.
Zaqreb və ətraf şəhərlər, eləcə də Xorvatiyaya yaxın ölkələrdə yaşayan azərbaycanlılar-türklər Ağdam klubuna dəstək olmaq üçün arenaya təşrif buyuracaqlar.
“Maksimir” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlanacaq.
Komandalar arasında cavab matçı avqustun 28-də Bakıda keçiriləcək.(mediasport.az)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.