
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin son - 8-ci turunun "Olimpiakos"la matçı üçün Yunanıstana yola düşüb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Pireyə çarter reysi ilə yollanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bu gün yerli vaxtla saat 19:40-da mətbuat konfransı təşkil olunacaq. Saat 20:00-da isə komanda açıq məşqə çıxacaq.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması