
"Zirə"nin Futbolda Sosial Məsuliyyət üzrə meneceri Rəşad Əzizov futboldan 2 il müddətinə uzaqlaşdırılıb.
Sportliqa.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunda "Zirə" səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub. Oyundan sonra klub rəsmisi Rəşad Əzizov hücumçu Davit Volkovun dopinq testindən keçməsinə icazə verməyib. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu qayda pozuntusuna görə Əzizovu 2 il müddətinə diskvalifikasiya edib.
Qeyd edək ki, Rəşad Əzizov "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova yaxın şəxslərdən biri hesab olunur.(sport1.az)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması