Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
Ötən mövsümün sonunda 1-ci liqanın qalibi olaraq yenidən elitaya yüksələn "Qəbələ" "Zirə"ni qəbul edib. Oyunda hesabı meydan sahibləri açsa da, "Zirə" Ceyhun Nuriyevin dublu ilə əzmkar qələbə qazanıb - 2:1.
"Qəbələ" ilk turda "Karvan"la, "Zirə" isə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etmişdi. Bugünkü görüş "Zirə"nin mövsümdə ilk qəbəsi olub.