Verdaska yenidən "Kəpəz"də
30 Avqust 2025 09:39
"Kəpəz" klubu daha bir futbolçunun keçidini həll edib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dieqo Verdaska yenidən Gəncə təmsilçisində çıxış edəcək. 28 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dieqo Verdaska ötən mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Futbolçu ümumilikdə 30 oyunda meydana çıxıb.