"Sabah"ın baş məşqçisindən şok məğlubiyyətə ŞƏRH
"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 3-cü turunda "İmişli"yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportliqa.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
“İmişli"ni qələbə münasibətilə təbrik edirəm, onlar üç xalı böyük sevinclə qeyd etdilər. Biz isə belə nəticəni gözləmirdik. Futbolda belə oyunlar olur. Hər iki hissədə meydanda üstün tərəf biz idik. Topa daha çox sahib olduq, daha çox hücum etdik, amma hücumlarımızda kəskinlik çatmadı.
Rəqib isə minimum imkanla qol vurmağı bacardı. Bu səhvlərdən nəticə çıxarmaq və öyrənmək lazımdır. Belə səhvlərə yol vermək olmaz. Çempionatda yaranan fasilədən istifadə edərək çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.