Turan Vəlizadə “Səbail”də!
01 Sentyabr 2025 15:52
“Səbail” 2025/2026 mövsümü üçün heyətini gücləndirib.
Sportliqa.az xəbər verir ki, klub “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadəni mövsümün sonuna qədər icarəyə götürüb.
24 yaşlı yarımmüdafiəçi bundan sonra “dənizçilər”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, Turan Vəlizadə daha əvvəl “Turan Tovuz” və “Neftçi” klublarında da forma geyinib.