
"İmişli" klubunun rəhbərliyi və futbolçuları azarkeşlərlə görüşmək üçün İmişliyə səfər edəcək.
Sportliqa.az xəbər verir ki, görüşdə rəhbərlik və oyunçular azarkeşlərin suallarını cavablandıracaqlar.
Sentyabrın 3-dəki görüş Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeyd edək ki, İmişli şəhər stadionunda davam edən təmir işləri ilə əlaqədər klub cari mövsüm Misli Premyer Liqasının ilk iki turunda rəqiblərini Şamaxıda qəbul edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.