“Fənərbaxça” və “Beşiktaş” transferin son günlərində “Real Madrid”in müdafiəçisi David Alaba ilə maraqlanır.
Sportliqa.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki klub Avstriyalı ulduzun vəziyyətini öyrənib.
“Real Madrid” prezidenti Florentino Perez Alabanın satışına müsbət yanaşsa da, 33 yaşlı stoperin hazırda transferə isti baxmadığı bildirilib.
Keçən mövsüm 14 matçda oynayan Alaba bu mövsüm hələ də forma şansı qazana bilməyib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az