Sergen Yalçından transfer istəyi
"Beşiktaş" transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış heyətini gücləndirmək niyyətindədir. Komanda indiyədək 9 futbolçu transfer edib.
Sportliqa.az xəbər verir ki, baş məşqçi Sergen Yalçın klub rəhbəri Serdal Adalıdan üç mövqeyə – sol cinaha, mərkəz yarımmüdafiəyə və müdafiənin ortasına futbolçu istədiyini bildirib.
Bundan əlavə, transfer pəncərəsinin son günlərində münasib qiymətə yerli oyunçularla da danışıqlar aparılması planlaşdırılır.
Hazırda "Beşiktaş"ın 23 yaşdan yuxarı 13 legioneri var. Klub yeni oyunçu gətirmək üçün ən azı iki əcnəbi ilə yollarını ayırmalıdır. Bu səbəbdən Jonas Svensson və Joao Marioya gələcək təkliflər diqqətlə izlənilir.