''Beşiktaş'', ''Al Nassr''ın ulduz futbolçusu Sadio Mane-ni heyətinə qatmaq üçün danışıqlara başlayır.
Sportliqa.az xəbər verir ki, 3 mövsümdür Ərəbistanda çıxış edən seneqallı hücumçu artıq ayrılmaq qərarı verib.
Avropadan maraq olsa da, transfer pəncərəsinin bağlanması səbəbindən bu imkan aradan qalxıb. Buna baxmayaraq, ''Beşiktaş''ın təklifi gündəmdədir və Mane də bu keçidə müsbət yanaşır.
Ötən mövsüm ''Al Nassr''da 47 oyun keçirən ulduz futbolçu 18 qol vurub, 14 məhsuldar ötürmə edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az