“Kəpəz” klubu əməliyyatlar üzrə rəhbəri İlqar Nadiri ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
“Kəpəz” İlqar Nadiriyə fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, İlqar Nadiri 2022-ci ildə yaradılan İdarə Heyətinin ilk sədri olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.