Azərbaycan klublarının İFFHS reytinqində mövqeyi açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, 506 klub arasında Azərbaycanı 4 komanda təmsil edir. Ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası 154,75 xalla 96-cı pillədə qərarlaşıb və əvvəlki siyahı ilə müqayisədə 38 pillə irəliləyib.
Digər təmsilçilərdən “Sabah” 79,25 xalla 302-ci yerə enib, “Araz-Naxçıvan” 70,25 xalla 355-ci pilləyə yüksəlib, “Zirə” isə 68 xalla 380-ci sırada qərarlaşıb.
Reytinqin lideri 543 xalla PSJ olub.