Azərbaycanlı futbolçu Turan Manafov karyerasını Cənubi Afrikada davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Stellenboş”la 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb və 2 nömrəli formanı geyinəcək.
Manafov klub saytına açıqlamasında yeni komandasında çıxış edəcəyi üçün həyəcanlı olduğunu, Cənubi Afrikada oyunun tempinin daha sürətli olduğunu bildirib.