"Kəpəz" PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisi "Turan Tovuz"un hücumçusu Sadiq Şəfiyevi mövsümün sonuna qədər icarəyə götürüb.
19 yaşlı futbolçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020/2021-ci illərdə və ötən mövsümün ikinci yarısında da "Kəpəz"in formasını geyinib.
Sadiq Şəfiyev həmçinin aşağı yaş qruplarından ibarət milli komandaların da üzvü olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.