Suraxanıda sülh, "Araz-Naxçıvan"dan qələbə - YENİLƏNİB
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Sportliqa.az xəbər verir ki, 4-cü turun ilk oyun günündə iki matç keçirilib.
Turun açılış matçı Qəbələdə baş tutub. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
4 turdan sonra çempionatın xal qazanmayan yeganə komandası olan Gəncə təmsilçisi 12 kollektiv arasında sonuncudur. 4 oyundan 10 xal toplayan "Araz-Naxçıvan" isə cədvələ liderlik edir.
Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkib. Matç 1:1 hesablı bərabərliklə bitib.
3 oyundan sonra 4 xalı olan Ağdam klubu hazırda 5-ci pillədə qərarlaşıb. “Zirə” isə 8 xalla 2-ci yerdədir.
12 sentyabr (cümə)
20:00. “Qarabağ” - “Zirə” - 1:1
Qollar: Ruan Renato, 39 - pen. (0:1); Kadi Borqes, 81
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
“Azersun Arena”
17:45. "Kəpəz” - “Araz-Naxçıvan” - 0:2
Qollar: Slavik Alxasov, 65, Bar Kohen, 86
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu