"İmişli" "Sumqayıt"a, "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan Premyer Liqasında 4-cü tur davam edir.
Sportliqa.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq.
Digər matçda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. Bu qarşılaşma isə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
13 sentyabr (şənbə)
16:30. “İmişli” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Quba OİK stadionu
19:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
“Azersun Arena”