"Turan Tovuz"dan qələbə, "İmişli" texniki məğlubiyyətlə üz-üzə - YENİLƏNİB
Azərbaycan Premyer Liqasında 4-cü tur davam edir.
Sportliqa.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.2-ci oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Buna baxmayaraq "İmişli”yə texniki məğlubiyyət veriləcək. Buna əyalət klubunun adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxması səbəb olub.
Digər matçda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gəlib. Bu qarşılaşma tovuzluların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
13 sentyabr (şənbə)
19:00. “Turan Tovuz” – “Qəbələ” - 1:0
Qol: Aleks Souza, 54
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
“Azersun Arena”
16:30. “İmişli” – “Sumqayıt” - 1:0
Qol: Mehdi Cənnətov, 72 - avtoqol
Qırmızı vərəqə: Rafael Vieqaş, 90+5 ("İmişli")
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Quba OİK stadionu