Kaşkilya Azərbaycana gəldiyinə görə peşmandır?
“İmişli” “Sumqayıt”ı minimal hesabla məğlub etdi - 1:0.
Sportliqa.az xəbər verir ki, nominal ev sahiblərinin baş məşqçisi Jorj Kaşkilya 20 dəqiqə sonra oyunsonrası mətbuat konfransına çıxıb.
- Mediadan üzr istəyirəm ki, sizi bu qədər gözlətdim. Çox çətin və bərabər oyun oldu. Meydança pus vəziyyətdə idi. Çalışdığımız qədər güclü oynadıq. Rəqibimiz güclü idi. İlk hissədə real qol şansımız oldu. İkinci hissə də çətin oldu. Lakin biz qol vurduq. Bununla fəxr edirik. İşimiz qalibiyyətlə nəticələndi.
- Qalib gəlsəz də, texniki məğlubiyyət alacaqsız. Deyilənə görə qaldığınız oteldən narazısız. Doğrudu?
- Oyunçularımı çempion kimi görürəm. 1-ci liqadan gəlsək də, qələbələr qazanırıq. 7 xalımız var. Qalan suallar rəhbərliyə yönəlməlidi.
- Yağışa görə meydançada problem oldu. Daha pis yağışlar olacaq. Bundan narahat deyilsiz?
- İstəyim yaxşı meydançadı. Yağışa nə edə bilərik. Hər yerə yağış yağır.
- Şamaxının süni örtüyü, yoxsa Qubanın təbii?
- Buna cavab verə bilməyəcəm.
- Növbəti oyuna qədər komandanı toparlaya biləcəksiz?
- Biz peşakarıq. Komandanı toparlayacayıq. Tam hazır olacayıq.
- Azərbaycana gəldiyinizə peşmansız?
- (8 saniyə düşünür). Şərhsiz.
- Premiya olacaq?
- Ancaq futbolla bağlı suala cavab verəcəm.
- Növbəti oyun sizə uyğundu. Necə hazırlayacaqsız komandanı?
- Biz peşakarıq. İşimizə də belə yanaşırıq. Futbolçularım oyuna tam hazır olacaq.(football-plus.az)