“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
Bu gün Azərbaycan Premyer Liqasında dördüncü tura yekun vurulub.
Pressing.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.
Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Bununla da “Şamaxı” 4 turdan sonra 5 xalla 6-cı, Yevlax klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkib. Bu görüş 0:0 hesablı bərabərliklə başa çatıb.
İlk 4 turda qələbə qazana bilməyən “Neftçi” hazırda 3 xalla turnir cədvəlində 10-cudur. “Sabah” isə 3 oyundan 4 xal toplayıb və 8-cidir.
14 sentyabr (bazar)
19:00. “Neftçi” - “Sabah” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Neftçi Arena”
16:30. “Şamaxı” - “Karvan” - 3:0
Qollar: Alfonso Msanqa, 38; Andrey Tirkoveanu, 45; Sezar Enrike, 71
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu